Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

16 fevral 2017 | 16:00

  16 fevral 2017-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində 2016-ci ildə Yardımlı rayonunun  sosial-iqtisadi inkişafının yekunları  və 2017-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.   
   Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra Mədəniyyət Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov geniş hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirdi ki, yola saldığımız 2016-cı ildə dünyada baş verən ağır maliyyə böhranı, dünya bazarında neftin qiymətinin əvvəlki illərlə müqayisədə xeyli aşağı düşməsi iqtisadi inkişafla bağlı vəziyyəti bir qədər də ağırlaşdırmışdır. Qlobal maliyyə böhranına, dünya iqtisadiyyatında cərəyan edən mənfi təzahürlərə baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir.
      2017-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ölkə başçısı tərəfindən geniş məlumat verilmiş, əldə olunmuş uğurlar, nöqsanlar və qarşıda duran vəzifələri geniş təhlil etmişdir.
      Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış edərək son vaxtlar neftin qiymətinin kəskin ucuzlaşması, dünyada hökm sürən iqtisadi böhranın ölkəmizdən də yan keçmədiyini bildirdilər. Ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində  iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri neft sektoru inkişaf etdirilmişdir. Ölkə rəhbəri iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermiş, istehsalın artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi tapşırılmışdır.
      Daha sonra əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara dəyişiklərin edilməsi, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər. Rayonda görülən işləri qeyd etdilər, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildirdilər.
      Sonda genişləndirilmiş şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər