Şriftin ölçüsü :

Saytın rəngi :

Avaş kənd həkim məntəqəsinin açılışı oldu.

16 fevral 2017 | 16:00

   16 fevral 2017-ci il tarixdə Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Yardımlı rayonunun Avaş kəndində həkim məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur.
    Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov, KİV-nin nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
     Mərasimdə çıxış edən  rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov və kənd ağsaqqalları  bildirmişlər ki, sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Yardımlıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün ölkə başçısı cənab İlham Əliyevə  dərin minnətdarlıqlarını bildirmişlər, son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən,  rayonda və kəndlərində gedən tikinti-abadlıq işlərinini geniş vesət almasından danışmışlar.
     Tədbir iştiakçıları rəmzi olan lenti kəsərək həkim məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşdur.
Həkim məntəqəsinin yeni binasının açılışı münasibətilə sakinləri təbrik edən icra başçısı burada çalışacaq tibb işçilərinə uğurlar arzulamışdır.

Keçidlər