Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda əhalinin tibbi müayinəsinə start verildi.

24 fevral 2017 | 16:00

 Yardımlı rayon Mərkəzi Xəstəxanasında yaradılmış həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 15-dən başlayaraq respublikanın hər yerində olduğu kimi,Yardımlı rayonunda da əhalinin tibbi müayinəsinə başlanılmışdır.
Bununla əlaqədar rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılmış, əhalinin müayinəsinin səmərəli təşkilindən ötrü qrafik tərtib olunmuşdur. Müayinənin ilk günündən başlayaraq Yardımlı rayon Mərkəzi Xəstəxanasında yaradılmış həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir.
          Artıq bu gün yüzlərlə rayon sakinləri tibbi müayinədən keçirilmişdir. Xəstəlik müəyyən olunmuş şəxslər müalicə edilməkdən ötrü aidiyyatı üzrə istiqamətləndirilir.Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcəkdir.
      Dövlət Başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri  xüsusi həvəslə profilaktik tibbi müayinələrdən keçdilər. Ayrı-ayrı həkim otaqlarında eləcə də rentgen, ultrasəs müayinəsi kabinetlərində labaratoriyada profilaktik müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Tədbirin icrası davam edir.

Keçidlər