31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon bayram şənliyi keçirilib.
30 dekabr 2022-ci il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon bayram şənliyi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Əfsanə Məmmədova və başqaları çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə iştirakçıları təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün ölkələrdə yaşayan soydaşlarımızı birləşdirən həmrəy, həmfikir edən, onları Vətənimizin daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi bir gündür. Bu gün hər bir azərbaycanlıda böyük sevinc, səmimi duyğular oyadır.
Tədbirdə rayon incəsənət ustalarının ifasında geniş konsert verilib, Şaxta baba və Qar qız balacalara bayram hədiyyələri paylayıb.