Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi.

15 aprel 2017 | 16:00

14 aprel 2017-ci il tarixdə saat 10:00-da RİH Akt zalında  2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi.

Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi nümayəndələri, bələdiyə sədirləri  və  ictimaiyyətin nümayəndələri  iştirak etdi.  Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov  respublikamızın bütün bölgələri kimi, rayonumuzda da rüb ərzində  tikinti-abadlıq-quruculuq işləri, əhalinin içməli su ilə təmini, səhiyyə müəssisələrinin inşası, kommunal  yaşayış evlərinin təmiri və digər infrastruktur layihələrinin icrası həyata keçirilmişdir. 

Bu müddətdə şəhərin Heydər Əliyev küçəsində, eləcə də digər küçələrdə abadlıq-quruculuq işlərinə başlanılmışdır. Belə ki, yeni inşa olunmuş istinad divarlarına müasir üslubda ağ üzlük vurulur, parklarda və küçələrdə küçə işıqları yenilənir.
Nəzərinizə çatdırım ki, Möhtərəm Prezidentin qayğısı sayəsində 2017-ci ildə şəhərin təmizliyinin saxlanılması və kommunal yaşayış evlərində təmir işlərinin aparılması, yaşıllıqların və küçələrin işıqlandırılması məqsədilə  147 nəfər işçi bir il müddətinə işə cəlb olunmuşdur.  9 mənzil kommunal evlərində təmir işlərinin aparılması planlaşdırılmışdır. Hazıra kimi yaşayış evlərinin həyətyanı ərazisi asfalt qoyuluşu üçün hazırlanmış, binanın blok və pilləkənlərində təmir işləri aparılır. Yaxın aylarda yaşayış evlərinin dam örtüyü də dəyişdiriləcəkdir.
Ötən ildə tikintisinə başlanılmış Avaş həkim məntəqəsi bu ilin fevral ayında əhalinin istifadəsinə verilmişdir. Məntəqə müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunmuşdur. Rayonun Honuba-Şıxlar kəndində də eyni layihə üzrə həkim məntəqəsi inşa olunur və yaxın aylarda əhalinin istifadəsinə verilməsi planlaşdırılmışdır.
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Rayonumuzda da sahibkarlığın inkişaf etdirilməsi üçün sahibkarlıqla məşğul olan şəxslərə onların fəaliyyəti üçün bütün lazımi şərait yaradılmışdır.  Rayonda sahibkarlıq subyektləri tərəfindən 12  milyon 210 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da istehsal olunmuş ümumi məhsulun  97 faizini təşkil edir.
        Qeyd edim ki, rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir, əhalinin əksəriyyəti heyvandarlıq və əkinçiliklə məşğul olur. Əhalinin əsas  gəliri məhz  kənd təsərrüfatı ilə bağlıdır. Möhtərəm cənab Prezident bu sahədə nəzərdə tutulmuş vəzifələrin icrasına məsuliyyətlə yanaşmağın zəruriliyini qeyd etmişdir. Biz, ötən il rayonumuzda meyvə bağlarının salınması, tütün və taxıl əkin sahələrinin genişlənməsi, eləcə də kənd təsərrüfatının digər sahələrinin inkişaf etdirilməsini qarşımıza məqsəd qoymuşduq. Rayonumuzun relyefinə və iqlim şəraitinə uyğun olaraq findıq bağlarının salınması daha əlverilşli hesab edilmişdir.
Nzərinizə çatdırım ki, əhali arasında aparılan genişmiqyaslı marifləndirmə işlərinin nəticəsidir ki, ilk dəfə olaraq rayonda 54 min fındıq tingi gətirilmiş, ümumilikdə, sahəsi 108 ha  olmaqla rayonun bütün yaşayış məntəqələrində fındıq əkini həyata keçirilmişdir.
Ötən il 10 ha sahədə tütün əkilmiş və 9 ton quru tütün tədarük olunmuşdur. Bu ildə  tütün əkini üçün 43 ha sualtı torpaq sahələrinin uçotu dəqiqləşmiş və şumlanma işləri aparılmış, bütün əkin sahəsini əhatə edən şitilliklər salınmış, yaxın vaxtlarda şitillər sahələrə köçürüləcəkdir. Bununla da tütün əkin sahələri ötən illə müqaisədə 4,3 dəfə çox olacaqdır. Bu da rayonda əhalinin məşğuluğunun artırılmasına, yeni iş yerlərinin yaradılmasına, 150-yə sakinin mövsümü işlə təmin olunmasına şərait yaradır. Əkin aparan istehsalçılara müəssisə tərəfindən bütün lazımi köməkliklər göstərilir, istehsal olunmuş xammal rayonda fəlaiyyət göstərən qurutma müəssisəsinə təhvil götürüləcəkdir.
Tədbirdə məruzə ətrafında  çıxışlar oldu.

Keçidlər