Rayon icra hakimiyyəti başçısı yanında şura iclası keçirildi.
14 aprel 2017 | 16:00
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov Şura iclasının gündəliyini elan etdi.
Şurada Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, “Narkotik vasitələrin, psixotropik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin icra vəziyyəti barədə məsələ müzakirə olundu.Şurada şura üzvləri, rayonun hüquq-mühafizə orqanları,ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak etdi. Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi.