Rayon icra hakimiyyəti başçısı yanında şura iclası keçirildi.
30 aprel 2017 | 16:00
Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında növbəti Şuranın iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov Şura iclasının gündəliyini elan etdi.
Şurada rayonda yazlıq əkinin gedişi və qarşıda duran vəzifələrlə bağlı rayon kənd təsərrüfatı idarəsinin hesabatı barədə məsələ müzakirə olundu.Şurada şura üzvləri, ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak etdi. Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi.