Yardımlıda tütün əkininə başlanıldı.
Bu il rayonda 43-hektar sahədə tütün əkini aparılacaq.Yıgılan məhsul isə rayonda inşa olunan tütünqurutma sexlərində qurudularaq müəssisələrə təhvil veriləcək.Dövlət başçısı cənab İlham Əliyevin tapşırıgına əsasən ölkənin aqrar sektorunda yeni təsərrüfat sahələri yaradılır, gəlirli sahə olan tütünçülüyün də inkişafı istiqamətində tədbirlər görülür.Yardımlı rayonunda da bu sahəyə ildən ilə maraq daha da artırılır.Bu il rayonun 20-kəndi istiqamətində 43-hektar ərazidə tütün əkilməsi nəzərdə tutlub.Hazırda bir neçə kənddə tütün əkininə start verilib və sahələrdə qızgın iş gedir.Hava şəraitnin əlverişli olması və oktyabr-noyabr aylarından sahələrdə torpaqların hazırlanması işlərinə başlanıb, eləcədə, sahələrə göstərilən düzgün aqrxotexniki qulluq nəticəsində femerlər əkinə başlayıb.Bu il fermerlərin işləri daha da asan olacaq, ona görə ki, keçən il tədarük olunan məhsulu qəbul etmək üçün 3-qurutma sexi fəaliyyət göstərirdisə, bu il tədarük məntəqələrinin sayı artırılıaraq 8-ə çatdırılacaq.Bunun üçün hazırda rayonun Urakəran kəndındə hər birinin tutumu 5-ton olan 8-ədəd qurutma sexi, 1-ədəd tutumu 70-ton olan saxlama kamerası və 1-ədəd tutumu 40-ton olan talvar sexi tikilir.Rayon ərazisində bu gəlirli məhsulun əkin sahələri daha da genişləndirilir.Keçən illə müqayisədə bu il tütün sahələri 4-dəfə artırılıb.Hazırda fermer parnik altında yetişdirdiyi şitilləri sahələrə köçürür və əkin prosesi ugurla aparılır.