Şriftin ölçüsü :

Saytın rəngi :

Horavar və Əngövül kəndlərinə içməli su verildi.

10 may 2017 | 16:00

10 may 2017-cı il tarixdə  Horavar və Əngövül kəndlərinə  içməli suyun verilməsi ilə bağlı  tədbir keçirildi.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə  genişmiqyaslı  infrastruktur layihələrinin həyata keçirildiyini bildirmiş, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulamışdır: Son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol layihələri regionların  inkişafına böyük təkan vermiş və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur.Bu istiqamətdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusi qiymətləndirilməlidir. Horavar və Əngövül kəndlərində  istismara verilən  su təchizatı sistemləri kəndin sosial inkişafına böyük töhfədir.Natiq çıxışında  çətin relyefə malik kəndlərin içməli su probleminin birdəfəlik həll edilməsini böyük hadisə adlandırmış, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
       Kənd sakinləri adından çıxış edən Vəliyev Həşim  layihənin reallaşmasında bütün xidməti olan insanlara minnətdarlıq hisslərini ifadə edib, su xəttini ölkə Prezidenti cənab İlham Əliyevin  Horavar və Əngövül kəndlərinə hədiyyəsi kimi dəyərləndirdi.
    Digər kəndlərə də içməli suyun verilməsi üçün çəkiliş işləri davam edir.

 

Keçidlər