Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyəti başçısı yanında şura iclası keçirildi.

16 may 2017 | 16:00

    Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında növbəti Şuranın iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov  Şura iclasının gündəliyini elan etdi.
  Şurada “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun, “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı karğüzarlığın aparılması Qaydası” nın tələblərinin RİH Başçısının Peştəsər, Honuba, Arvana və Porsova İƏD üzrə nümayəndəliklərində, rayon Telekommunikasiya Qovşağında, rayon Mərkəzi Xəstəxanasında yerinə yetirilməsi vəziyyəti barədə məsələlər  müzakirə olundu.Şurada şura üzvləri, ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri,  KİV-nin nümayəndələri iştirak etdi.  Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi.

Keçidlər