Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Bərcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.

31 may 2017 | 16:00

    Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov may ayının 31-da rayonun  Bərcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri  ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə RİH Başçısı Ayaz Əsgərov, idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak edirdi.
     Əvvəlcə Bərcan  kənd icra nümayəndəsi Mirxas Adiyev ərazi barədə qısa məlumat verdi.
     Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, bildirmişdir ki, məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Bildiyiniz kimi son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmışdır.
      İcra başçısı sonda Bərcan  kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər