Rayon icra hakimiyyəti başçısı yanında şura iclası keçirildi.
16 iyun 2017 | 16:00
Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında növbəti Şuranın iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov Şura iclasının gündəliyini elan etdi.
Şurada “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı”nda (2014-2018-ci illər) nəzərdə tutulmuş vəzifələrin icrasi sahəsində rayon elektirik şəbəkəsi və 51 saylı yol istismar MMC-də görülmüş işlər barədə məsələ müzakirə olundu.Şurada şura üzvləri, təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak etdi. Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi.