Müqəddəs Ramazan bayramı münasibəti ilə iftar süfrələri verildi.
Müqəddəs Ramazan bayramı münasibəti ilə Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 10 İƏD-si üzrə nümayəndəliklərində hər birində 100-120 nəfərin iştirakı ilə iftar süfrələri təşkil olunmuşdur. Təşkli olunmuş iftar süfrələrində şəhid ailələri, Qarabağ əlilləri, dindarlar və kənd sakinləri iştirak etmişlər.
İftar mərasimlərində çıxış edən RİH-nin başçısı Ayaz Əsgərov Ramazan ayının fəzilətindən söz açaraq, bildirmişdir ki, ölkəmiz və xalqımız öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi əsas ideoloji dayağımızdır.
Mərasimdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının ruhuna dualar oxunmuş və əziz xatirələri yad olunmuşdur.