Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı qeyd edildi.

23 iyun 2017 | 16:00

  Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirildi.
        Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi, dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, müasir Azərbaycanın memarı olan ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı və 1995-ci ilin noyabr ayında ilk Konstitusiyanın qəbul edilməsi ilə hüquqi dövlət quruculuğunun əsası qoyuldu. Müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sisteminə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlara başlanıldı. Aparılan islahatlar nəticəsində çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, elektron hökumətin qurulması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında yüksək dövlət təminatına və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirməsinə nail olundu. Ulu öndərin sədrliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycanın dövlət quruluşunun və idarə olunmasının əsas prinsipləri təsbit olunmuş, dövlət  hakimiyyətinin qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünən yeni modeli yaradılmış, onların təşkili və fəaliyyətinin əsas prinsipləri müəyyən edilmişdir. Dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər və işlər 2000-ci il iyulun 21-də «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə nəticələndi.
    «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edildikdən sonra onun tətbiqi mexanizmini yaratmaq məqsədi ilə cənab Prezident tərindən onlarla qanun, fərman və sərəncamlar imzalanmış, dövlət qulluğunun bütün əsas istiqamətlərinin qanunvericilik yolu ilə tənzimlənməsini təmin etmək məqsədilə əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmişdir.
    Bu il bayram ərəfəsində rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sücaət İbişovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsini diqqətə çatdırdı. Bunun bütün Yardımlıda çalışan  dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğuladı.

 

Keçidlər