Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Zevin və Gendərə kənd sakinləri ilə görüş keçirmişdir.

20 iyul 2017 | 16:00

    Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov iyul ayının 20-da rayonun  Zevin və Gendərə kənd sakinləri  ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə  Millət vəkili Musa Qasımlı, idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak edirdi.
     Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  və Millət vəkili Musa Qasımlı kənd əhalisini salamlayaraq, bildirmişlər ki, məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Çıxışlarda son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırılmışdır.
      İcra başçısı sonda Zevin və Gendərə kəndlərində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər