Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi.

21 iyul 2017 | 16:00

      Rayon rəhbərliyinin, Millət vəkili Musa Qasımlının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2017-ci ilin birinci yarısında Yardımlı rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə tədbir  keçirildi.
      Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov bildirmişdir ki,  2017-ci ilin birinci yarımili ərzində kənd təsərrüfatının inkişaf etdirilməsi , sahibkarlıq fəaliyətinə dəstək və sahikarlığın inkişaf etdirilməsinə münbit şəraitin yaradılması, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının asfalt və çınqıl örtüklə təmiri, əhalinin içməli su ilə təmini, məktəb və xəstəxana  tikintisi, kommunal  yaşayış evlərinin, həyətlərin, küçə və xiyabanlarının  təmiri  və digər infrastruktur layihələrinin icrası həyata keçirilmişdir. 
       Belə ki 2017-ci ilin 6 ayı ərzində kənd təsərrüfatının inkişafı çox yüksək səviyyədə olmuşdur . Rayonumuzda əhali arasında aparılmış marəfləndirmə , rayon rəhbərliyinin kəndlərdə keçirdiyi görüşlərin nəticəsi olaraq əhali arasında  ruh yüksəkliyi yaranmış, əhalinin torpağa bağlılığı artmışdır .Demək olar ki, bu gün rayonun relyefinə və iqlim şəraitinə uyğun olan elə bir məhsul yoxdur ki, rayonumuzda istehsal olunmasın. Əhali öz şəxsi təsərrüfatlarında məhsul istehsalının həcmini əvvəlki illərlə müqaisədə bir neçə dəfə artırmışdır.
         Möhtərən cənab Prezidentin tapşırığı ilə regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsinə uyğun olaraq   rayonumuzda tütünçülüyün inkişafına yüksək diqqət göstərilmişdir. Belə ki, əgər 2016-cı ildə rayonumuzda 10 hektar sahədə tütün əkini aparılmışdısa, bu il  vətəndaşlar tərəfindən 43 hektara yaxın tütün əkini aparılmışdır .Diqqətinizə çatdırmaq istəyirik ki, həmin tütün məhsulunun yığılaraq qurudulması və satışı üçün rayonumuzun Urakəran kəndində  tütün qurudulma sexi tikilərək istifadəyə  velilmişdir                 
Rayonumuzda fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı da müvafiq işlər  görülmüşdür. Zaqatala  rayonundan yüksək məhsuldarlığı ilə seçilən  54 min  findıq tingləri gətirilərək  rayonumuzda 108 ha findıq bağları salınmışdır. Əvvəlki illərlə müqayisədə bitkiçilikdə də artım olmuşdur.  Əgər 2016-cı ilin məhsuli üçün 2015-ci ilin payızında 3456 hektar taxıl əkilmişdirsə, 2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında 3549ha  sahədə payızlıq taxıl əkilmiş ,bunun 3455 ha payızlıq buğda,78 ha payızlıq arpa,16 ha isə vələmirdir. Hal hazırda rayonumuzda biçin kompaniyası uğurla davam edir.  2016-cı ildə hər hektara orta məhsuldarlıq 18 sentner olmuşdursa, bu il 24 sentner olacağı gözlənilir. 
Demək olar ki kartofçuluq rayon əhalisinin  daimi məşğuliyyətidir .2017-ci ilin məhsulu üçün 890 hektar sahədə kartof əkilmişdir.
Rayonda abadlıq quruculuq işləri də daim diqqətdə saxlanılmışdır. Müvafiq dövr ərzində şəhərin  Heydər Əliyev küçəsində yolun üst hissəsində  beton kalonlarla bərkidilməklə istinad divarları hörülmüş,  istinad  divarları  ağ  laylarla  üzlənilmişdir. 9 ədəd kommunal  yaşayış binasında əsaslı təmir işləri aparılmış, binaların fasad hissələri rənglənmişdir.  Bu işlərin görülməsinə 83 nəfər işçi cəlb edilmişdir.
Möhtərəm Prezidentin qayğısı və göstərişi əsasında  icra hakimiyyəti üçün şəhərin Heydər Əliyev küçəsində tikilən yeni inzibati binada işin 40%-i, İdman kompleksində ümumi işin 30%-i icra olunmuş, Kənd Təsərrüfatı idarəsinin inzibatı binası tikilərək istismara verilmişdir.
Kənd yaşayış məntəqələrində də inzibatı binaların tikintisi işləri davam etdirilmişdir. Rayonun Avur kəndində modul tipli məktəb tikintisi aparılır,yeni dərs ilində istismara veriləcəkdir,  Honuba-Şıxlar və Avaş kəndlərində həkim məntəqəsi inşa olunmuş  və istifadəyə verilmişdir.
         Masallı-Yardımlı avtomobil yolunun 35-ci km –i sürüşməyə aktiv zonalar  siyahısına daxil olduğu üçün hər il həmən yerdə  sürüşmələr olur.  Cari ildə 35-ci km-də güclü sürüşmə  baş  vermi ş və avtomobil  yolu  1 m     dərinliyində çökmüşdür.  Yola  çınqıl daşınmış və yolun əsası bərpa edilmiş,  asfalt beton örtüyün  bərpası üçün  70 ton asfalt beton  sərf edilmiş və avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilmişdir.
        Masallı-Yardımlı avtomobil yolunun  17-19-cu  km –i  Ələt-Astara avtomobil yolunun tikintisi üçün daşınan materiallar  səbəbindən  dağılmış, qısa müddət ərzində  həmin hissə bərpa edilmişdir.
         Masallı-Yardımlı avtomobil yolunun  17-48 -ci  km –də a/beton örtükdə  çala təmiri aparılaraq tam başa çatdırılmışdır. Yolun təmiri üçün 300 ton a/beton istehsal edilmiş və istifadə edilmişdir.
Görülən işlərin nəticəsində rayon ərazisində avtomobillərin normal gəliş-gedişi təmin olunmuşdur. 
Əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılmış və bu istiqamətdə işlər davam etdirilmişdir. Bildiyiniz kimi, hazırda Yardımlı şəhərinə ümumi uzunluğu 74 km su və  45 km kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Hazıra kimi 70 km su xətti, 40 km kanalizasiya xətti çəkilmişdir.  Nəzərdə tutulmuş 10 ədəd su anbarından 10-da və çirkab sutəmizləyici qurğusunda inşaat işləri davam etdirilir.
          Kəndlərə də içməli su çəkilişi uğurla davam etmişdir. Tamamilə sudan əziyyət çəkən, əhalisinin sayı 500 nəfər olan Vərov  kəndinə “Sineyir“ sy xəttindən içməli su xətti çəkilərək istifadəyə verilmişdir. Susuz kəndlərdən biri, əhalisinin sayı 1400 nəfər olan Yolocaq kəndinə içməli su xətti çəkilmiş,  kənd sakinləri su ilə təmin olunmuşdur.  Sineyir-Yolacaq su xətti boyu təmir işləri görulmüş, mənbə təmizlənmişdir.
          Bürzünbül, Vərgədüz, Bilnə ,Horavar,Əngövül, Əfçədulan, Vərov,Yolacaq, Horoni kəndlərinə    su xətti şəkilmiş və hazırda  adları çəkilən ərazilərin 6070 nəfər sakini içməli su ilə təmin edilmişdir.
Ölkə Prezidentinin sərərəncamı ilə, əhalisinin sayı 1000 nəfər olan Urakəran və əhalinin sayı 1600 nəfər olan Zevin kəndlərinin hər birində bir artezyan quyusu qazılmış, lakin və texniki işlər başa çatdırılmadığı üçün  əhalinin istifadəsinə verilməmişdir.
Bu müddətdə yaşayış məntəqələrinin qazlaşması işləri də davam etdirilmişdir, hazırda Yardımlı rayon mərkəzi və 10 kənddə istehlakçılar təbii qazla təmin olunuş, bununla da  qaz abonentlərinn sayı  2017-ci ilin birinci yarısında 2607-ə çatdırılmışdır. Bu günə rayon üzrə qazlaşma 32 % təşkil edir ki, bu da qaneedici rəqəm sayıla bilməz.
Rayon elektrik şəbəkəsi də istehlakçıların elektrik enerjisi ilə təmini üçün lazımi tədbirləri gücləndirmişdir. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə şəbəkəyə 320-ə yaxın elektrik dayaqları daxil olmuş və xətlərdə təmir işləri aparılmış, sıradan çıxmış elektrik transformatorları yenisi ilə əvəz olunmuş, eyni zamanda, 10 ədəd tam müasir transformator quraşdırılmışdır. Elektrik şəbəkəsində abonentlərinin sayı 8 min 157-sı əhali abonenti olmaqla,  8 min 692 abonentə xidmət edir.
          Bilirsiniz ki, rayonda ən qəzalı xətlər Allar və Şıxhüseyinli kəndlərini qidalandıran elektrik xətləri idi.  Bu kəndlərdə elektrik təsərrüfatı kompleks şəklində  yenidən  qurulmuş və normal enerji verlişi təmin edilmişdir. Solqard kəndindən Allar kəndi istiqamətində bütün  10 KV-luq dayaqlar, eləcə də hər iki kənddaxili dayaqlar dəyişdirilmiş və elektrik xətləri SİP kabellə əvəz olunmuşdur. Hazırda rayonun  Ostayır və Dəlləkli kəndlərində elektrik təsərrüfatında tam yenidənqurma işləri aparılır .Belə ki, dayaqlar dəyişdirilir,  naqillər sip kabellərlə əvəzlənərək yeni sayğaclar quraşdırılır . Bu işlər yaxın vaxtlarda sona çatdırılacaqdır .Eyni zamanda, Şəfəqli kəndində də elektrik xətt təsərrüfatının yenidən qurulmasına başlanacaqdır.Bütün xətlər dəyişdirilərək SİP kabellərlə əvəzlənəcəkdir.
2017-cı ilin 6 ayında rayon üzrə 27 milyon 571 min manatlıq  ümumi məhsul istehsal olunmuşdur. Bu müddətdə  461 min manatlıq sənaye, 11  milyon 92 min  manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə  10 milyon 741 min  manatlıq ticarət,  644 min   manatlıq nəqliyyat, 186 min manatlıq rabitə xidməti göstərilmiş,   4 milyon 446  min manatlıq tikinti-quraşdırma  işləri həyata keçirilmişdir. 
       Əsas kapitala yönəldilən investisiyaların  həcmi 4 milyon 446 min  manat təşkil etmişdir. Ötən dövrdə  rayonda 969 yeni iş yerləri yaradılmışdır ki, onların 837-i daimi olmaqla , 816-i fiziki, 21-ı isə hüquqi şəxslərdir. Açılmış yeni iş yerlərindən 130-u mövsümi işlərlə bağlı olan yerlərdir.
Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı  çıxış edərək bildirmişdir ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində  iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri neft sektoru inkişaf etdirilmişdir. Ölkə rəhbəri iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdırmış, daha sonra əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara dəyişiklərin edilməsi, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat vermişdir.

Keçidlər