Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyəti, Dövlət Sərhəd Xidmətinin Yardımlı rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin əməkdaşları ilə birgə sərhədboyu kəndlərin ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə görüşü keçirildi.

21 iyul 2017 | 16:00

Görüşdə əsas diqqət  dövlət sərhəddinin birgə mühafizəsi  məqsədilə  mühafizə zolaqlarında təsərrüfat işlərinin görülməsi  zamanı  neqativ halların qarşısının alınmasına yönəldilib. Bununla əlaqədar  tədbirlərin  gücləndirilməsinin vacibliyi  vurğulanmışdır.
Görüşdə  çıxış edən rayon icra  hakimiyyəti başçısı cənab Ayaz Əsgərov  qeyd etdi ki, Dövlət sərhəddinin mühafizəsində sərhədboyu  kəndlərin dövlət və bələdiyyə qurumlarının üzərinə böyük vəzifələr düşür, onlar qaçaqmalçılıq hallarının qarşısını almaqla sərhədçilərə hər cür kömək göstərməli, sərhəd mühafizə zolaqlarında təsərrüfat işlərinin aparılması zamanı neqativ halların qarşısını almaq üçün profilaktiki  tədbirləri daha da  gücləndirməlidirlər.

Keçidlər