Yardımlı rayon icra hakimiyyətinin başçısı rayonun Dağüzü kənd sakinləri ilə görüş keçirmişdir.
Görüşdə RİH Başçısı Ayaz Əsgərov, idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri iştirak etdi.
Əvvəlcə Çayüzü kənd icra nümayəndəsi Elvin Cəbiyev kənd barədə qısa məlumat verdi.
Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, bildirmişdir ki, məqsədimiz əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Natiq çıxışında son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmışdır.
İcra başçısı sonda Dağüzü kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.