Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda aqrar sahənin inkişafı ilə bağlı müşavirə keçirildi.

08 avqust 2017 | 16:00

      Qax şəhərində keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından irəli gələn vəzifələrlə əlaqədar 08 avqust 2017-ci il tarixdə Yardımlı rayon İcra Hakimiyyətində ümumrayon müşavirəsi keçirilib. Müşavirədə İcra başçısı aparatının məsul işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə RİH-nin  başçısı Ayaz Əsgərov müşavirəni açaraq cənab Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə ölkə iqtisadiyyatının post-neft dövrünə uyğunlaşdırılması məqsədilə qeyri-neft sektorunun durmadan inkişaf etdirilməsinin artıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini diqqətə çatdırıb. İcra başçısı bununla bağlı ölkədə kompleks tədbirlərin görüldüyünü, Dövlət Proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əmək tutumlu və sosial yönümlü layihələrin icra olunduğunu bildirib. Natiq qeyd edib ki, bunların arasında kənd təsərrüfatına daxil daxil olan sahələrin inkişafına da geniş yer verilir və avqustun 4-də Qax şəhərində keçirilmiş ümumrespublika müşavirəsi də məhz bu həyati əhəmiyyətli məsələlərə, aqrar sahənin ən gəlirli bölmələri olan barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunub.
       RİH-nin başçısı Ayaz Əsgərov  qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin müşavirədəki proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrasından ötrü cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı bütün rayon ictimaiyyətinin səyi səfərbər olunmalı, frontal iş qurulmalı, bu sahəyə aid ictimai təşəbbüslərə dərhal reaksiya verilməli, fermer və sahibkarlara lazımi köməklik olunmalıdır

Keçidlər