Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Əngövül kənd sakinləri ilə görüş keçirmişdir.

06 sentyabr 2017 | 16:00

Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov sentyabr  ayının 6-da rayonun  Əngövül  kənd sakinləri  ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə   rayon Polis şöbəsinin rəisi Arif Babayev, idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak edirdi.
     Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlayaraq, bildirmişdir ki, məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Natiq çıxışında son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırılmışdır.
      İcra başçısı sonda Əngövül  kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də Əngövül kəndində  görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər