Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirildi.

07 sentyabr 2017 | 16:00

Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi”  layihəsi çərçivəsində Yardımlı rayon gəncləri ilə təlim keçirilmişdir.Təlimdə 20 nəfər gənc iştirak etmiş , iştirakçılar şəhədətnamə ilə təltif olunmuşdur.

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Layihə çərçivəsində “Multipleyer”lərin formalaşdırılması üçün “Təlimçilər üçün Təlim” başa çatıb. Bu təlimlərdə mövzu üzrə geniş məlumatlar verilib, müxtəlif qrup işləri həyata keçirməklə, onlara nəzəri biliklərin əldə olunmasından sonra praktiki bacarıqların verilməsi təmin olunub.

Təlimlər nəticəsində seçilmiş gənc “Multipleyer”lər tərəfindən Bakı və ölkənin müxtəlif regionlarında cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini, onların dəyərini vurğulamaq məqsədilə təlimlər keçirilir. Layihə çərçivəsində bu günə qədər Azərbaycanın 25 şəhər və rayonunu əhatə etməklə 784 gənc kişinin iştirakı ilə 43 təlim keçirilib. Növbəti günlərdə daha 7 təlimin keçirilməsi ilə iştirakçıların sayının 1000 nəfərə çatdırılması hədəflənib.
 

Keçidlər