Yardımlıda "Bilik günü" qeyd olundu.
RİH-nin başçısının müavini Əfsanə Məmmədova şəhər 1 saylı tam orta məktəbdə “Bilik günü” münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak edərək bu münasibətilə şagird və müəllimlər təbriklərini çatdırmışdır. Çıxışında qeyd etmişdir ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları proqramının bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyat keçirildiyini bildirdi, respublikamızda yeni məktəb binalarının tikintisinin geniş vüsət aldığını, tədrisin maddi-texniki bazasının getdikcə möhkəmləndiyini, şagirdlərin daha savadlı və sağlam böyüməsi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırdı, yeni dərs ilində pedaqoji və şagird kollektivinə müvəffəqiyyətlər arzuladı. Tədbirdə valideyinlər, təhsil şöbəsindən, Gənclər və İdman idarəsindən nümayəndələr çıxış edərək öz arzuların bildirmişlər.