"Regional İnkişaf" İctimai Birliyi gənclərin könüllülük proqramı çərçivəsində görüş keçirdi
30 sentyabr 2017 | 16:00
Heydər Əliyev Fondunun təsis etdiyi Regional İnkişaf İctimai Birliyi və Yardımlı rayon Gənclər və İdman idarəsinin təşkilatçılı ilə Heydər Əliyev Mərkəzində gənclərin könüllülük proqramı çərçivəsində görüş keçirildi. Görüşdə "Regional İnkişaf" İctimai Birliyinin zona kuratoru İlkin Muradov iştirak etdi. Regional İnkişaf İctimai Birliyinin əsas məqsədi ölkənin sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə görülən tədbirlərə geniş dəstək göstərmək, ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər həyata keçirməkdir.