Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək məqsədi ilə maarifləndirici tədbir keçirildi.

03 oktyabr 2017 | 16:00

     Yardımlı rayonunda  YAP Yardımlı ryaon təşkilatının inzibati binasında  Beynəlmiləlçi Əlil Döyüşçülər” fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda yığıncaq keçirib.Layihənin direktoru, “Beynəlmiləlçi Əlil Döyüşçülər” fondunun prezidenti Sərraf Oruc yığıncağı açarkən iştirakçılardan ölkəmizin dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş hərbçi və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş edib.
O, həyata keçirilən layihə və mərkəzin yaradılması haqqında məlumat verib, şəhid ailələri və müharibə əlillərinin sığorta pul vəsaitlərinin almaları və müalicəsi məsələlərindən danışıb, əlilliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin vaxtı və digər məsələlər barədə məlumat almaq üçün yaradılmış "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidməti barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə RİH başçısının müavini  Əfsanə Məmmədova, RİH-i başçısının şöbə müdiri Zakir İmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti, baş leytenant İlqar Qurbanov, RMX-nin baş həkimi Rasim Əkbərov,   Veteranlar şurasının sədri Hüseyn Vəliyev, Qarabağ Müharibəsi Əlilləri və Şəhid ailələri İB-nin sədr müavini Nicat Alışov çıxış etdilər.                                                                   

Keçidlər