Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Anzov kənd sakinləri ilə görüş keçirmişdir.

01 noyabr 2017 | 16:00

Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov noyabr  ayının 1-də rayonun  Anzov kənd sakinləri  ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə  rayon Polis şöbəsinin rəisi Arif Babayev,idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak edirdi.
     Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlayaraq, bildirmişdir ki, məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Çıxışında son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmışdır.
      İcra başçısı sonda Anzov kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər