Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar tədbir keçirildi.

31 oktyabr 2017 | 16:00

   31 oktyabr 2017-ci il tarixdə  Yardımlı rayon fəal gənclərinin iştirakı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar tədbir keçirilib. Tədbirdə gənclər arasında simulyasiya oyunlarının, görkəmli şəxsiyyətləri təbliğ edən sərgi və müsabiqələrin təşkili, inkişafda olan könüllülük hərəkatının beynəlxalq arenaya inteqrasiyası və s. layihələrin reallaşdırılmasının vacibliyi vurğulanıb.Çıxışlarda müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb. Çıxışlarda Dövlət Proqramının icrası ilə bağlı aparılan ictimai müzakirələrdə gənclər təşkilatlarının nümayəndələrinin fəal iştirakının önəmi qeyd olunub. Konkret sahələr üzrə fəaliyyət istiqamətlərinin dəqiq müəyyənləşdirildiyi proqramın gənclərin inkişafına növbəti mühüm təkan olacağına əminlik ifadə edilib. 

Keçidlər