“Ölkəmizi tanıyaq” Yardımlı
11 noyabr 2017 | 16:00
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasının Yardımlı rayonundan olan iştirakçıları Gəncə - Şəmkir – Göygöl marşrutu üzrə yola düşdülər.
Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizdə təşkil olunmuş maarifləndirici tur-aksiyanın iştirakçılarına uğurlu yol, xoş istirahət arzuladılar.
Çıxış edənlər dörd gün davam edəcək tur-aksiyanın təşkilindən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.