Yardımlıda YAP-ın 25 illiyinə həsr olunmuş tədbir keçirildi
YAP-ın yaranmasının 25 illiyi ilə bağlı RİH Akt zalında tədbir keçirildi. Tədbirdə Yardımlı rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışdir.
Daha sonra YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası xalqı ciddi şəkildə narahat edən məsələlərin həllinə nail olmaq istəyindən meydana gəlmişdir. Ümummilli lider Heydər Əliyev partiyanın II qurultayında demişdir: “YAP o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq yaranmış bir partiyadır.” Xalqın və zamanın tələbi ilə yaranan YAP Heydər Əliyevin rəhbərliyi altında çox böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün bir sıra çətinlikləri aradan qaldırdı, xalqın birlik simvoluna çevrildi. Qısa vaxt ərzində Heydər Əliyevin partiyası adlanan və xalq tərəfindən sevilən YAP-nın respublikanın bütün bölgələrində ilk təşkilatları yarandı.
Tədbirdə veteran YAP üzvlərinə RİH-I başçısı tərəfindən qiymətli hədiyələr, fəxri fərmanlar veridi.
Sonunda tədbir iştirakçıları rayonun Yardımlı-Masallı magistral yolunun ətrafında keçirilmiş ağacəkmə aksiyasında iştirak edərək 1000 yaxın müxtəlif növ ağaclar ekilmişlər.