Rayon icra hakimiyyəti başçısı yanında şura iclası keçirildi.
30 noyabr 2017 | 16:00
Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında növbəti Şuranın iclası keçirildi.
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov Şura iclasının gündəliyini elan etdi.
Şurada Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadənin vəziyyəti və RİH başçısının Aşağı Astanlı, Horavar İƏD üzrə nümayəndəliklərində eləcədə, rayon Təhsil şöbəsində normativ hüquqi aktların icra vəziyyəti barədə məsələ müzakirə olunmuşdur. Şurada şura üzvləri, səhiyyə işçiləri , KİV-nin nümayəndələri iştirak etdi. Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi.