Şriftin ölçüsü :

Saytın rəngi :

Çayüzü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

01 fevral 2018 | 16:00

   Rayon icra hakimiyyəti başçısının Çayüzü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
   Hesabat yığıncağınında  rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov bildirdi ki, 2017-cı ildə də ölkəmiz  uğurlu inkişaf tempini saxlaya bilmişdir. Uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün möhkəm zəmin yaratmışdır. Məhz bunun nəticəsində geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.

    Sonra hesabat yığıncağında məruzə ilə çıxış edən Çayüzü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi E.Cəbiyev  qeyd etmişdir ki, yola saldığımız 2017-ci il öz əməksevərliyi və qonaqpərvərliyi ilə seçilən sakinlərimiz üçün yadda qalan bir il oldu.Ərazidə əhalinin sosial rifah halı yaxşılaşmış, abadlıq və quruculuq işləri davam etmişdir.
      Avur kəndində 20 yerlik  modul tipli ibtidai məktəb binası müəllim və şagirdlərin istifadəsinə verildi. Ərazimizdə şəhid ailələri,müharibə veteranları və Qarabağ əlilləri , kimsəsiz ailələr daim diqqət mərkəızində saxlanılmışdır.
    Çayüzü İƏD-si üzrə nümayəndəliyi  dörd kəndi birləşdirir.Ərazidə 3304  nəfər əhali yaşayır.764 təsərrüfat vardır. Ərazidə 3 tam orta məktəb, 1 ibtidai məktəb,
1 uşaq bağçası , 1 həkim ambulatoriyası, 1 tibb məntəqəsi, 3 kitabxana, 1 folklor klubu , 1 poçt və 1 elektron ATS  fəaliyyət  göstərir.
    Əhalinin  əsas məşğuliyyəti əkinçilik  və heyvandarlıqdır. 2018-ci il  yanvarın birinə olan məlumata görə şəxsi təsərrüfatlarda  mal-qara sayı  1480 başa, davarların sayı  2265  başa çatmışdır.  Bu da əvvəlki illərlə müqayisədə  xeyli böyük rəqəmdir. Çayüzü kəndində çalışan  baytar həkimlər il ərzində iribuynuzlu mal-qarada və davarlarda dabaq,qarayara və çiçək xəstəliyinə qarşı,quşlarda isə tauna qarşı peyvəndlər aparmışlar.
    Sakinlər pay torpaq sahələrində əsasən payızlıq buğda əkirlər,həyətyanı torpaqlarda isə əsasən yazlıq bitkilər əkirlər. 2017-ci ildə  Çayüzü ərazisində 2800 ədəd fındıq tingi 4 hektar sahədə əkilmişdir.68 hektar sahədə payızlıq buğda ,28 hektar sahədə yazlıq əkin ,3 hektar sahədə isə tütün əkini aparılmışdır.3 hektar sahədən 20 ton yaş  tütün toplanmış və Urakəran kəndində yerləşən “Dəniz MMC”-yə təhvil verimişdir.
    Ərazi üzrə 68 hektar sahədən 1577 sentner taxıl yığılmışdır.Taxıl əkini ilə əlaqədar əkinçilərə 4696 manat subsidiya verilmişdir.      
       Yığıncaqda məruzə və çıxışlarda səsləndirilən tənqidi qeyd və təkliflərin icrası ilə bağlı müvafiq qərar qəbul edildi.   Sonunda  kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər