Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi.
22 fevral 2018-ci il tarixdə RİH-nin Akt zalında rayon Ağsaqqallar Şurasının II konfransı keçirildi.Tədbirdə RİH Başçısı Ayaz Əsgərov, Rayon Ağsaqqallar Şurasının üzvləri və KİV nümayəndələri iştirak etdilər.
Yığncaqda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək respublikamızda, o cümlədən Yardımlıda görülən işlər barədə tədbir iştirakçılara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Yardımlı rayonunda böyük tikinti-quruculuq işləri aparılır. Natiq çıxışda kənd təsərrüfatının inkişafından xüsusi ilə rayonda tütünçülüyün, arıçılığın, heyvandarlığın inkişafı ilə bağlı görülmüş işləri və qarşıda duran vəzifələr barədə məlumat vermiş, bütün bu işlərin həyata keçirilməsində rayon ağsaqqallarının royunu dəyərləndirmişdir.
Tədbirdə çıxış edən ağsaqqallar Ümummilli Lideri Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycanın ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində uğurlu inkişafını, dünya dövlətləri sırasına inteqrasiya etməsini qeyd edərək bütün bu işlərdə ağsaqqalların da xüsusi rolu olduğunu vurğulamış və ölkə rəhbəri ətrafında sıx birləşməklə gördüyü möhtəşəm işlərə daim dəstək olacaqlarını bildirmişdir.
Konfransda Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri, üzvləri, İdarə Heyətinin üzvləri, səsvermə yolu ilə seçilib. Ağsaqqallar Şurasının sədri vəzifəsinə Məzlum Mənsimov seçildi.