Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

26 fevral 2018 | 16:00

   26 fevral   2018-cı il tarixdə saat 10:00 -da  Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi  keçirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov  başda olmaqla rayon ictimaiyyəti  Şəhidlər Xiyabanı abidə kompleksini ziyarət edərək,  Qarabağ savaşında həlak olanların xatirəsini  bir daha yad edərəkı, abidə kompleksi önünə gül dəstələri qoyuldu.
       Rayon İcra Hakimiyyətinin başçısı  Ayaz Əsgərov  çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı etdiyi vəhşiliklərdən, Azərbaycan xalqına etdiyi zülmlərdən və bunlardan ən dəhşətlisi olan Xocalı soyqırımından söhbət açaraq neçə-neçə körpə, qoca, cavan soydaşlarımızın bədnam düşmənlərimiz tərəfindən zülmlərə, iztirablara məruz qaldığından danışmışdır. Sonra natiq möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində şəhidlərimizin qanı ilə yuyulmuş düşmən tapdağı altında olan öz ana torpaqlarımızı azad edəcəyimizi bildirmişdir. Çıxışının sonunda isə Xocalı faciəsinin heç zaman yaddaşlardan silinməyəcəyni, bu faciənin Azərbaycan xalqının qan yaddaşı olduğunu və gələcək nəsillərədə ötürülməsini vacib olduğunu vurğulamışdır.

Keçidlər