Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİDİN İL MƏRASİMİ QEYD OLUNDU.

28 fevral 2018 | 16:00

  Fevral ayının 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Yardımlının qəhrəman oğlu- N saylı hərbi hissənin baş leytenantı  Nəzərov Şahlar Yaşar oğlunun   fevral ayının 28-də  il mərasimi keçirilmişdir.Mərasimdə RİH başçısı  Ayaz Əsgərov və aparatın rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbər işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra RİH-nin başçısı Ayaz Əsgərov xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bildirmişdir. Natiq çıxışında  Yardımlı  şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırdı.

Keçidlər