Yardımlı rayon icra hakimiyyətinin başçısı Pirembel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.
Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov mart ayının 7-də rayonun Pirembel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə RİH Başçısı Ayaz Əsgərov, rayon Polis şöbəsinin rəisi Arif Babayev, idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri iştirak edirdi.
Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, bildirmişdir ki, məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Bildirmişdir ki, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmışdır.
İcra başçısı sonda Pirembel kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.