Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda “5 mart Bədən tərbiyəsi və İdman günü” münasibətilə tədbir keçirildi.

05 mart 2018 | 16:00

05 mart 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “5 mart Bədən tərbiyəsi və İdman günü” münasibətilə Rayon idmançıları ilə görüş keçirildi. İlk öncə tədbir işrirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Tədbiri giriş sözü ilə açan Yardımlı rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov 5 mart Bədən tərbiyyəsi və İdman gününün keçirilməsinin tarixi haqqında idmançılara məlumat verdi. Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi, Kontakt Karate üzrə məşqçi müəllim Nazim Rzayevdə təbriklərə qoşularaq öz fəaliyyəti və idmançılarının uğurları barədə geniş çıxış etdi. Çıxış edən Beynəlxalq dərəcəli hakim, Taekvando idman növü üzrə məşqçi müəllim Ramal Əsgərovda il ərzində tələbələrinin qazandığı uğurlardan və gələcəkdə görüləsi işlərdən danışdı. Kontakt Karate üzrə Dünya Kubokunun qalibi Səfalı İbrahimli çıxış edərək qazandığı uğurlar barədə və bu yoldakı fəaliyyəti barədə idmançılara məlumat verdi. Kikboksing idman növü üzrə məşqçi müəllim Şamil Əbilovda öz həmkarların bu bayram münasibətilə təbrik etdi.
Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Əfsanə Məmmədova bu gün Dövlətimizin idmana göstərdiyi qayğıdan danışdı.
Sonda İl ərzində fəaliyyətində fərqlənən idmançılar RİH-i başçısı adından qiymətli hədiyyələr verildi.

Keçidlər