Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.
28 mart 2018 | 16:00
28 mart 2018-ci il tarixdə Yardımlı rayonunda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, DTX-nin Yardımlı rayon şöbəsinin kollektivi, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoydu, əziz xatirəsi yad edildi.