Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Nurəddin Mirzəyevin anım mərasimi keçirilib

04 aprel 2018 | 16:00

04 aprel 2018-ci il tarixdə 2016-ci ilin aprel ayında Füzuli rayonu ilə təmasa xəttində düşmən hücumunun qarşısını alarkən şəhid olmuş Honuba kənd sakini əsgər Mirzəyev Nurəddin Etimad oğlunun   ikinci il mərasimi keçiriləcəkdir.Mərasimdə RİH başçısı və aparatın rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbər işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra RİH-nin başçısı Ayaz Əsgərov giriş sözü ilə çıxış edərək Aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün-qüdrətinin təntənəsi olduğunu qeyd edib. O bildirib ki, bu qələbə xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi. Natiq çıxışında bildirmişdir ki, Yardımlı  şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırdı.

Keçidlər