Şriftin ölçüsü :

Saytın rəngi :

Osnakəran kəndində vətəndaşlarla səyyar görüş keçirildi.

26 aprel 2018 | 16:00

Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov rayonun hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Osnakəran kəndinə vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.
Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış,  cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük.
Son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışan natiq sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı imzalanmış sərəncamlar barədə geniş məlumat verdi.
    Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər