Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı rayonun Aşağı Astanlı kənd sakinləri ilə görüş keçirmişdir.

02 may 2018 | 16:00

Görüşdə RİH Başçısı Ayaz Əsgərov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak etdi..
     Əvvəlcə Aşağı Astanlı kənd icra nümayəndəsi Ayazxan Əzimov kənd  barədə qısa məlumat verdi.
    Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, bildirmişdir ki, məqsədimiz əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Natiq çıxışında son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmışdır.
     İcra başçısı Aşağı Astanlı   kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər