Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində Qələbənin 73 illiyi qeyd edildi

09 may 2018 | 16:00

09 may 2018-ci il tarixdə rayon ərazisində yaşayan Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirilmişdir.
Yardımlı rayon İcra hakimiyyətinin məsul işçiləri, rayonun idarə və təşkilatların rəhbərləri, KİV nümayəndələri Böyük Vətən Müharibəsi iştirakçılarının evinə baş çəkmiş, problemləri ilə maraqlanmış, səhiyyə işçiləri veteranları müayinə etmiş, səhhətində problemi olanlara yardım göstərmiş, tibbi məsləhətlər verilmişdir.Görüşdə RİH-nin başçısı tərəfindən veteranlara qiymətli hədiyələr və ərzaq yardımı verildi.
 Veteran Güləli Cəfərov çıxış edərək faşizm üzərində qazanılmış qələbə ilə Azərbaycan xalqının da fəxr etdiyini, bu günün unudulmaz tarixə çevrildiyini bildirdilər.Xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığının bayram edilməsi, oğul və qızlarımızın göstərdiyi rəşadətin təbliği gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. Belə qələbə gününü ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ torpaqlarında qeyd edilməsini arzuladılar

Keçidlər