Yardımlı rayon icra hakimiyyətinin başçısı Peştəsər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, cənab Prezidentin məntiqli, müdrik düşüncəsi ilə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatımızın ilbəil artdığını, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini, vətəndaşlarımızın rifah halının, həyat şəraitinin gündən-günə yaxşılaşdığını, respublikanın hər bir bölgəsində genişmiqyaslı tikinti-abadlıq, quruculuq işlərinin görüldüyünü qeyd etdi.
Daha sonra ölkə başçısının diqqət və qayğısı ilə rayonumuzda görülən işlərdən söhbət açan natiq cənab Prezidentin müvafiq sərəncamları ilə rayonumuzda görüləcək işlər barədə məlumat verdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar görülən işlərə görə cənab Prezidentə minnətdarlıqlarını bildirdilər və kənddaxili elektrik, rabitə xətlərinin və dirəklərinin dəyişdirilməsinə, köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.