Yardımlıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu.
24 may 2018-cı il tarixdə Mədəniyyət və İstirahət parkında Cümhuriyyətinin 100 illiyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin Başçısı Ayaz Əsgərov, hüquq mühafizə orqanları əməkdaşları, idarə, müəssisə rəhbərləri, gənclər, ağsaqqallar, KİV-nin və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Tədbirdən öncə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət olunmuş və önünə gül dəstələri düzülmüşdür.
Tədbirdə giriş sözü ilə Yardımlı rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. O, çıxışında qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını da xüsusi diqqətə çatdırmışdır: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır... Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə Cümhuriyyət məfkurəsinin və tarixinin araşdırılması üçün ciddi hüquqi baza yaratmış oldu.
eydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28 May – Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlətimizin başçısı xalqı təbrik edir.2007-ci ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidənin açılışı olmuşdur. Qranitdən və ağ mərmərdən yonulmuş abidənin üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin həm əski əlifba ilə, həm də latın qrafikalı Azərbaycan əlifbası ilə mətni həkk olunub. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır. Cümhuriyyətin şərəfinə abidənin ucaldılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini, milli-mənəvi dəyərlərimizi üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.
Tədbir böyük bayram konserti ilə yekunlaşmışdır.