Azərbaycan polisinin 100 illiyi münasibətilə tədbir keçirildi.
02 iyul 2018-ci il tarixdə saat 10:00-da Polis işçilərinin peşə bayramı münasibətilə Nizami adına kinoteatrın zalında tədbir keçirildi. Tədbirdə RİH-nümayəndələri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak etdi. Tədbirdən öncə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət olundu və önünə gül dəstələri qoyuldu.Tədbirdə RİH başçısının müavini Azər Xamiyev təbrik nitqində bildirdi ki, Azərbaycan polisinin keçdiyi 100 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bu günkü nəsil üçün örnək olan bir yoldur.Ulu Öndər Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan, hazırda bu yolu möhtərəm Prezidentimiz İlham Əliyevin dönmədən inkişaf və davam etdirməsindən danışaraq qeyd etdi ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır. Çıxışında qeyd etdi ki, Yardımlıda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Yardımlı Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolunu xüsusi qeyd etdi.
Tədbirin sonunda Polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına Yardımlı RİH başçısının Fəxri fərmanları təqdim olundu.