Yardımlı rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi.
Rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2018-ci ilin birinci yarısında Yardımlı rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə tədbir keçirildi.
Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov bildirmişdir ki, 2018-ci ilin birinci yarımili ərzində kənd təsərrüfatının inkişaf etdirilməsi , sahibkarlıq fəaliyətinə dəstək və sahikarlığın inkişaf etdirilməsinə münbit şəraitin yaradılması, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının asfalt və çınqıl örtüklə təmiri, əhalinin içməli su ilə təmini, məktəb və xəstəxana tikintisi, kommunal yaşayış evlərinin, həyətlərin, küçə və xiyabanlarının təmiri və digər infrastruktur layihələrinin icrası həyata keçirilmiəsi barədə geniş məlumat verdi. Daha sonra məruzə ətrafında Kənd Təsərrüfatı idarəsinin müdiri əvəzi Şahlar Əliyev, Rayon Baytarlıq idarəsinin rəisi Hasil Bəgaliyev, “51 saylı Yol İstismar” MMC-nin rəisi Yaqub Əliyev, Su-kanal idarəsinin rəisi Fizuli Babayev çıxış etmişlər.