Şriftin ölçüsü :

Saytın rəngi :

“Daşkənd” sərhəd zastava kompleksi xidməti istifadəyə verildi.

30 iyul 2018 | 16:00

2018-ci ilin iyul ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsində yeni inşa edilmiş “Daşkənd” sərhəd zastavası kompleksinin xidməti istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin növbəti ifadəsi olmuşdur. Yeni sərhəd zastavası kompleksinin açılışı münasibəti ilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iştirak etmişdir.
Tədbirdə iştirak edən Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov sərhədçiləri təbrik edərək,  ölkə Prezidenti Silahlı Qüvvə¬lərin Ali Baş Komandanı  cənab İlham Əliyevin ali diqqəti sayəsində bütün istiqamətdə böyük uğurlar qazanıldığını  qeyd et¬mişdir. Dövlət Sərhəd Xidməti ölkəmizin sərhəd mühafizə infrastrukturu¬nun təkmilləşdirilməsi, müasir tələblərə cavab verən yeni sərhəd mən¬təqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini müvəffəqiyyətlə davam etdirir. Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirmişdir. Tədbirdə RİH başçısı tərəfində sərhəd zastavasına  LSD LED televizoru hədiyyə olunmuşdur.

Keçidlər