Yardımlı rayon icra hakimiyyətinin başçısı Honuba-Şıxlar kənd sakinləri ilə görüş keçirmişdir.
Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda görülən abadlıq-quruculuq işlərindən, həmçinin Honuba-Şıxlar kəndində kənd yollarının təmiri, ümumilikdə kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir .Natiq çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşaf ilə bağlı məsləhət və tövsiyələrini söylədi.
İcra başçısı sonda Honuba-Şıxlar kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.