Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Yardımlıda cənub bölgəsinin vətəndaşlarını qəbul etdi.

06 sentyabr 2018 | 16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sentyabrın 6-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsindən olan vətəndaşları qəbul edib. 
Qəbuldan əvvəl  Komitə  sədri Hicran Hüseynova və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Ümummilli Lider Heydər Əliiyevin abidəsi önünə gül dəstələri  düzərək xatirəsini ehtiramla yad  etdilər.
Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan sakinlərin iştirak etdikləri qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə bağlı müraciətlərə baxılıb.
Vətəndaşlatrın qəbulu başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb.
Görüşdə Yardımlı rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.

Keçidlər