Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Ərsilər kənd sakinləri ilə görüş keçirmişdir.

07 sentyabr 2018 | 16:00

Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov sentyabr ayının 7-də rayonun Ərsilə kənd sakinləri  ilə səyyar qəbul-görüş keçirmişdir.  Görüşdə  hüquq mühafizə orqanlarının, idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak etdi.
     Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda  görülən abadlıq-quruculuq işlərindən, həmçinin Ərsilə kəndində kənd yollarının  təmiri , ümumilikdə  kəndlərdə sosial xidmətlərin  inkşaf etməsindən    ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir .Natiq çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşaf  ilə bağlı məsləhət və tövsiyələrini söylədi.
     İcra başçısı sonda Ərsilə kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
      Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər