Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 2018-ci ilin doqquz ayı ərzində sosial- iqtisadi inkişafın yekunlarına həsr olunmuş müşavirə keçirildi.

18 oktyabr 2018 | 16:00

Rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin cari ilin doqquz ayında Ölkədə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2018-ci ilin doqquz ayı ərzində  Yardımlı rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr barədə tədbir  keçirildi.
      Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov bildirmişdir ki,  2018-ci ilin doqquz ayı ərzində  kənd təsərrüfatının inkişaf etdirilməsi , sahibkarlıq fəaliyətinə dəstək və sahikarlığın inkişaf etdirilməsinə münbit şəraitin yaradılması, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının asfalt və çınqıl örtüklə təmiri, əhalinin içməli su ilə təmini, məktəb və xəstəxana  tikintisi, kommunal  yaşayış evlərinin, həyətlərin, küçə və xiyabanlarının  təmiri  və digər infrastruktur layihələrinin icrası həyata keçirilmiəsi barədə geniş məlumat verdi. Daha sonra məruzə ətrafında Rayon Təhsil şöbəsinin müdüri Manaf Səmədzadə, Rayon Elektirik Şəbəkəsini rəisi  Aydın Məmmədov, “51 saylı Yol İstismar” MMC-nin rəisi Yaqub Əliyev,  Su-kanal idarəsinin rəisi Fizuli Babayev  çıxış etmişlər.

Keçidlər