Yardımlı rayon icra hakimiyyətinin başçısı Zəngəran kənd sakinləri ilə görüş keçirmişdir.
Görüşdə rayon polis şöbəsinin rəisi Arif Babayev, idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri iştirak etdi.
Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda görülən abadlıq-quruculuq işlərindən, ümumilikdə kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. Natiq çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşaf ilə bağlı məsləhət və tövsiyələrini söylədi.
İcra başçısı sonda Zəngəran kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.